Qafqazın ilk qadın radiosunda yeni layihə

GƏNCLİK
18:13 28.02.2011
1780

Hər həftənin 1, 3, 5-ci günləri saat 11.00-da Lady Radionun canlı efirində “Xanımlar sabahınız xeyir” sözü eşidiləcək. Verilişinin aparıcıları Ramil Ağasıyev və Ruslan Ağayev olacaq. 2 saat davam edəcək verilişin birinci saatında xanımlara aid məlumatlar, xəbərlər səsləndiriləcək. İkinci saatda isə proqrama xanımlar da qatıla biləcəklər. Belə ki, hər verilişdə bir mövzu müzakirəyə qoyulacaq və mövzuyla bağlı foruma gələn şərhlər canlı efirdə oxunulacaq. 

Qeyd edək ki, “LadyRadio.az” Qafqazın ilk qadın radiosudur. Həmçinin “LadyRadio.az”-ın xəbər portalı da fəaliyyət göstərir. Bir sözlə Bu radioda xanımlar axtardıqları hər şeyi tapa biləcəklər.

OXŞAR XƏBƏRLƏR