"Qafqaz"ın 700 bal toplayan tələbələri: "Köçürülmək istəmirik"

"Qafqaz"ın 700 bal toplayan tələbələri: "Köçürülmək istəmirik"
SOSİAL
12:50 27.01.2017
884

 

Fəaliyyəti dayandırılan Qafqaz Universitetinin tələbələrinin hansı ali təhsil müəssisələrinə köçürüləcəyi dəqiq bilinmir. Tələbələrin köçürülməsi ilə bağlı Təhsil Nazirliyində yaradılan İşçi qrupunun rəhbəri, Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyev bildirib ki, 700 bal toplayan tələbələr istədikləri universitetləri özləri seçəcəklər.

700 balla rekorda imza atan təbələr hansı universitetlərdə təhsillərini davam etdirmək istəyirlər?

Qafqaz Universitetinin ingilis dili və kompüter mühəndisliyi fakültəsinin tələbəsi Firuz Abdullayev hələ seçim etmədiyini deyib. O, bunu ixtisası üzrə digər ali təhsil məktəblərində fakültələrin olmaması ilə əlaqələndirib. 

"Köçürülmək istəmirik. İxtisasım üzrə başqa universitetlərdə fakültə yoxdur. Yalnız Xəzər Universitetində belə ixtisas var, orada isə təhsil buradakı kimi yaxşı deyil. Bizə deyirlər ki, universitet bəzi fənlər üzrə fəaliyyətini davam etdirəcək. Bundan əlavə, Təhsil Nazirliyi də buranın tələbələri üçün ən yaxşı imkanların yaradılacağını bildirib. Yəqin ki, təkliflər olacaq və biz seçim edəcəyik. Hazırda mən 5 illik tədris üzrə 2-ci kursdayam. Birinci il hazırlıq kursudur, ikinci il isə ixtisas üzrə dərslərə başlanılır". 

Universitetin mexanika mühəndisliyi fakültəsinn 700 bal toplayan tələbəsi Əli Allahverdiyev də hələ qərar vermədiyini deyib: "Bütün məsələlər aydınlaşsın, o zaman bir seçim edərəm. Hələ qərar verməmişəm". 

"Qafqaz"ın kimya mühəndisliyi fakültəsinin 3-cü kursunda (5 illik tədris üzrə) oxuyan Fatimeyizəhra Nəbizadə tələbə yoldaşları kimi seçim etməyib. O, bunu imtahanlarla əlaqələndirib. 

"Hazırda imtahanlarımızla məşğuluq. Gələcəyə dair bir plan qurmamışam. İnanıram ki, hər şey yaxşı olacaq". 

Qeyd edək ki, yanvarın 16-da təsisçinin qərarı ilə Qafqaz Universitetinin ləğvetmə prosesinə başlanılıb və ləğvetmə komissiyası yaradılıb.

///azvision.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
01:10 14.03.2025
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
Makron Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayır
00:26 14.03.2025
Makron Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayır
Ceyhun Bayramov BMT nümayəndəsi ilə mina təhlükəsi ilə mübarizəni müzakirə edib
23:52 13.03.2025
Ceyhun Bayramov BMT nümayəndəsi ilə mina təhlükəsi ilə mübarizəni müzakirə edib
Ağstafada dönərdən zəhərlənənlərin  sayı 10-a yüksəldi
23:43 13.03.2025
Ağstafada dönərdən zəhərlənənlərin sayı 10-a yüksəldi
Goranboyda 9 sinif şagirdinin qaçırıldığı iddia olunur
23:26 13.03.2025
Goranboyda 9 sinif şagirdinin qaçırıldığı iddia olunur
Dünənki qəzada həlak olan TƏBİB əməkdaşı iki gün əvvəl işə başlayıbmış - TƏFƏRRÜAT
23:16 13.03.2025
Dünənki qəzada həlak olan TƏBİB əməkdaşı iki gün əvvəl işə başlayıbmış - TƏFƏRRÜAT
Azərbaycan-Yunanıstan ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə olunub-FOTOLAR
23:13 13.03.2025
Azərbaycan-Yunanıstan ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə olunub-FOTOLAR
Ceyhun Bayramov Çinin Avropa məsələləri üzrə sabiq nümayəndəsi ilə regional məsələləri müzakirə edib
23:07 13.03.2025
Ceyhun Bayramov Çinin Avropa məsələləri üzrə sabiq nümayəndəsi ilə regional məsələləri müzakirə edib
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
22:56 13.03.2025
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
İsveç Ukraynaya 18 ədəd “Archer” artilleriya qurğusu göndərəcək
22:43 13.03.2025
İsveç Ukraynaya 18 ədəd “Archer” artilleriya qurğusu göndərəcək
Azərbaycan yunan-Roma güləşçiləri Avropa çempionatında 1 gümüş, 2 bürünc medal qazanıblar
22:27 13.03.2025
Azərbaycan yunan-Roma güləşçiləri Avropa çempionatında 1 gümüş, 2 bürünc medal qazanıblar
SOCAR Gürcüstandakı Kulevi neft terminalını genişləndirməyi planlaşdırır
22:22 13.03.2025
SOCAR Gürcüstandakı Kulevi neft terminalını genişləndirməyi planlaşdırır
Ağstafada dönərdən zəhərlənən şəxslərin kimliyi məlum olub
22:14 13.03.2025
Ağstafada dönərdən zəhərlənən şəxslərin kimliyi məlum olub
Avstriya XİN Bakı və İravanın sülh sazişi mətninin razılaşdırılmasını alqışlayır
22:06 13.03.2025
Avstriya XİN Bakı və İravanın sülh sazişi mətninin razılaşdırılmasını alqışlayır
"Real"ın futbolçusu 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq
21:56 13.03.2025
"Real"ın futbolçusu 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq
ABŞ Maliyyə Nazirliyi zərurət halında Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır
21:45 13.03.2025
ABŞ Maliyyə Nazirliyi zərurət halında Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır