"Qafqazinfo" sıfırdan başlayacaq

MARAQLI
12:23 24.05.2011
2423
“Qafqazinfo”ya sonuncu haker hücumu mayın 21-də olub. Həmin gün Elbrus Ərud prezident İlham Əliyevə, milli təhlükəsizlik naziri Eldar Mahmudova, daxili işlər naziri Ramil Usubova, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasova, Mətbuat Şurasının sədri Əflatun Amaşova müraciət edib. O, problemin həll olunmasına dəstək verilməsini, portala hücumları təşkil edənlərin tapılıb cəzalandırılmasına kömək göstərilməsini xahiş edib.

Mayın 24-də “Media forum”a açıqlamasında baş direktor onu da deyib ki, saytın bərpa olunması istiqamətində işlər davam etdirilir: “Bu işlə məşğul olan mütəxəssislər yaxın saatlarda saytın fəaliyyət göstərəcəyinə söz veriblər. Ancaq onlar bildirirlər ki, arxivi bərpa etmək mümkün olmayacaq. Yəni indiyədək saytımızda yerləşdirilmiş materialların heç birini geri qaytara bilməyəcəyik. Faktiki sıfırdan fəaliyyət göstərməli olacağıq”.

Arxivin itməsinin “Qafqazinfo” üçün çox böyük itki olduğunu vurğulayan Elbrus Ərud bununla belə qeyd edib ki, bütün bunlar saytın reytinqinə təsir göstərə bilməyəcək, redaksiya kollektivi yeni materiallarla oxucuların əvvəlki sayını bərpa edə biləcəyinə əmindir.

OXŞAR XƏBƏRLƏR