"Qalatasaray" 19 yaşlı müdafiəçini transfer edib

"Qalatasaray" 19 yaşlı müdafiəçini transfer edib
İDMAN
18:27 01.07.2022
340
Türkiyənin "Qalatasaray" klubu "Altay"da çıxış edən Kazımcan Karataşı heyətinə qatıb.

AZXEBER.COM İzmir təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı cinah müdafiəçisinin transferi üçün "sarı-qırmızılar"la razılıq əldə olunub.

Karataşla tezliklə müqavilə imzalanacaq.

Qeyd edək ki, Kazımcan Karataş Türkiyənin U-17, U-19 və U-21 yığmalarında da çıxış edib.
OXŞAR XƏBƏRLƏR