"Qalatasaray" 6 legioneri ilə yollarını ayırır

"Qalatasaray" 6 legioneri ilə yollarını ayırır
İDMAN
19:49 30.06.2022
1002
Türkiyənin "Qalatasaray" klubu yay fasiləsində 6 legioneri ilə vidalaşacaq.

İstanbul təmsilçisi Saşa Buy, Cessi Sekidika, Olimpiu Morutsan, Kristian Luyindama, Markao və Mbaye Dianye ilə yollarını ayıracaq.

Komandanın yeni baş məşqçisi Okan Buruk sözügedən oyunçuları yeni mövsümdə sərəncamında görmək istəmir. Əvəzində, "Cim-Bom" 7 əcnəbi futbolçu transfer edəcək.

Qeyd edək ki, "Qalatasaray" Okan Burukla 2 illik müqavilə imzalayıb.
 

OXŞAR XƏBƏRLƏR