'Qalatasaray' Almaniya nəhənginin futbolçusunu heyətinə qatır

İDMAN
14:49 26.07.2013
1475

İstanbulun “Qalatasaray” klubu transfer bazarındakı susqunluğa son qoymaq niyyətindədir.

AZXEBER.COM-un məlumatına görə, “cimbom” “Bayern Münhen”in türk əsilli futbolçusu Emre Canı heyətinə qatmaq üzrədir.

Almaniyanın müxtəlif yaş qrupları üzrə yığma komandasında çıxış edən Emre “Qalatasaray”da icarə əsasında çıxış edəcək. 19 yaşlı yarımmüdafiəçinin “Bayern”lə müqavilə müddəti 1 il sonra bitdiyi üçün, almanlar əvvəlcə futbolçu ilə yeni müqavilə imzalayıb, daha sonra onu icarəyə vermək niyyətindədir.

OXŞAR XƏBƏRLƏR