"Qalatasaray" Almaniyadan futbolçu alır

İDMAN
16:20 06.02.2024
234
Transfer müddəti bitməmiş sol cinah müdafiəsini gücləndirmək istəyən "Qalatasaray" Almaniyanın "Hannover 96" formasını geyinən Derrik Köhnu gündəmə gətirib. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, "Qalatasaray" Derrik Köhnu gündəmə gətirərkən, "Hannover" 1.5 illik müqaviləyə əsasən həmin futbolçunu icarəyə verməyə isti baxmadıqlarını yalnızca sata biləcəklərini deyib. 

Bu mərhələdə klublar arasında birbaşa əlaqənin olmadığı vurğulansa da, Hannoverin Derrik Köhn üçün 3 milyon avroluq transfer haqqı tələb etdiyi bildirilib. 

Qeyd edək ki, 25 yaşlı müdafiəçi bu mövsüm 21 rəsmi oyunda 3 qol vurub, 6 məhsuldar ötürmə edib. 

Oksana

OXŞAR XƏBƏRLƏR