'Qalatasaray' 'Arsenal'ı məğlub edib kubokun qalibi oldu - VİDEO

İDMAN
01:28 05.08.2013
2150

stanbulun "Qalatasaray" klubu "Emirates Cup"da turniri çərçivəsində ikinci matçını keçirib. ANS PRESS-in məlumatına görə, ilk matçda "Portu"ya Felipe Melonun penaltidən vurduğu qolla 1:0 hesabı ilə qalib gələn "Cim-Bom" bu dəfə London "Arsenal"ını sınağa çəkib. Qarşılaşma "sarı-qırmızılar" üçün uğurlu başlamayıb. Matçın 39-cu dəqiqəsinə Teo Uolkott "Qalatasaray"ın qapısına yol tapıb. Ancaq sonadək mübarizə aparam İstanbul təmsilçisi qalib gələn tərəf olub. Əvvəlcə 79-cu dəqiqədə penalti zərbəsindən hesaba tarazlıq gətirən Didye Droqba, 88-ci dəqiqədə komandasına qələbə qazandırıb. Qeyd edək ki, "Emirates Cup"ın digər matçında "Portu" "Napoli"yə 3:1 hesabı ilə qalib gəlib. //anspress

OXŞAR XƏBƏRLƏR