ABŞ Sokker Liqasının “Sitl Sihovks” – “San Fransisko” qarşılaşmasında əlamətdar hadisə yaşanıb.
AZXEBER.COM-un məlumatına görə, birincilərin “Volume 12” adlı fanat qrupu matçda səs rekordu qırdıqlarını açıqlayıb.
“CenturyLink Field” stadionunda keçirilən görüşdə səs yüksəkliyinin 131.9 desibelə çatdığı iddia edilir. Əgər bu göstərici təsdiqlənərsə, “Qalatasaray”a məxsus dünya rekordu yenilənəcək. “Cim-bom” azarkeşləri 2011-ci il, martın 18-də Türk Telekom Arenada 131.76 desibel ilə Ginnesin rekordlar kitabına düşmüşdü.