'Qalatasaray' - 'Beşiktaş' derbisi baş tutacaq

İDMAN
13:42 26.01.2013
1586
Sabah “Qalatasaray” və Beşiktaş” klubları arasında derbi qarşılaşması baş tutacaq. Bu komandalar tarixlərində 332-ci dəfə üz-üzə gələcəklər.AZXEBER.COM-un “Habergazete”yə istinadən verdiyi məlumata görə, matç Bakı vaxtı ilə 21:00-da start götürəcək. Bu 55 illik liqa tarixində ən erkən derbi kimi tarixə düşəcəkbu gün İnönü stadionunda oynanılacaq.Qeyd edək ki, bu komandalar arasında derbilərdə ən çox qələbə qazanan komanda “Qalatasaray”dır. Klub rəqibini 115 dəfə məğlub edib. “Beşiktaş” isə 105 dəfə qalib gəlib. Bu komandalar arasında ən böyük hesablı nəticə 1940-ci ildə qeyə alınıb. Belə ki, “Beşiktaş” “Qalatasaray”a 2-9 hesabı ilə məğlub olub.

OXŞAR XƏBƏRLƏR