'Qalatasaray' braziliyalı futbolçu ilə yolları rəsmən ayırdı

İDMAN
00:30 03.01.2013
1480

İstanbulun “Qalatasaray” klubu bu mövsümün əvvəlində Fransa “Lion”undan heyətində cəlb etdiyi braziliyalı Krislə yolları ayırıb.

Bu haqda klubun rəsmi saytında yer alan açıqlamada bildirilib. Qeyd edilib ki, 35 yaşlı müdafiəçi Kristiano Qomeslə müqavilə qarşılıqlı olaraq ləğv edilib.

Qeyd edək ki, İstanbul təmsilçisi Krislə bir illik müqavilə bağlamışdı. Müqavilənin dəyəri 1 milyon 250 milyon avro təşkil edirdi. Kris hər oyuna görə isə 10 min avro alırdı.//qol.az

OXŞAR XƏBƏRLƏR