'Qalatasaray' doğma meydanda 'Şalke' ilə bacarmadı - VİDEO
İDMAN
09:01 21.02.2013
1254
UEFA Çempionlar Liqasında Türkiyənin “Qalatasaray” klubu Almaniyanın “Şalke” komandası ilə qarşılaşıb.AZXEBER.COM-un məlumatına görə, qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.“Qalatasaray” oyunun 12-ci dəqiqəsində Burak Yılmazın qolu ilə hesabda irəli çıxıb. Lakin İstanbul klubu üstünlüyünü qoruya bilməyib və ilk hissənin sonuncu dəqiqəsində Cons hesabı bərabərləşdirib - 1:1.İkinci hissədə tərəflər hesabda irəli çıxmağa çalışsalar da, bu baş tutmayıb və qarşılaşma heç-heçə başa çatıb.Bu hesab “Qalatasaray” üçün sərfəli deyil və İstanbul klubunu Almaniyada çətin oyun gözləyir. Türkiyə klubu növbəti mərhələyə keçmək üçün mütləq səfərdə ya qalib gəlməli, ya da daha çox qol vurmağa çalışmalı və məğlub olmamalıdır.