Türkiyə Super Liqasında turun mərkəzi oyununda lider “Qalatasaray”, doğma meydanda “Trabzonspor”u qəbul edib.
AZXEBER.COM-un məlumatına görə, gərginliyi ilə yadda qalan oyundan tərəflər hərəyə 1 qol və 1 xalla ayrılıblar. Bu nəticə ilə lider “Qalatasaray” xalını 71-ə yüksəldib. “Trabzonspor” isə 54 xalla 3-cü pillədəki yerini qoruyub. “Trabzonspor”u 24-cü dəqiqədə 1-0 önə keçirən Burak Yılmazın qoluna, 82-ci dəqiqədə penaltidən Felim Melo cavab verib.
Ozal İbrahimli