“Qalatasaray” əfsanəsinin formasını hərracda “Fənərbağça” rəsmisi alıb

İDMAN
20:14 28.02.2023
308

Türkiyənin "Qalatasaray” klubunun əfsanəvi baş məşqçisi Fatih Terimin hərraca çıxarılan formasını əzəli rəqib "Fənərbağça”nın rəsmisi alıb.

AZXEBER.COM xəbər verir ki, çox sayda qiymətli əşyaların satışa çıxarıldığı auksionda Terimin 5 nömrəli forması uğrunda yarışda "Fənərbağça” klubunun konqres üzvü Merve Mermer qalib gəlib.

Memar bu forma üçün 100 min lirə (9 min manat) ödəyib. Əldə edilən gəlir Kahramanmaraşda baş vermiş zəlzələdən əziyyət çəkən sağlamlıq məhdudiyyəti olan uşaqlara xərclənəcək.

 

OXŞAR XƏBƏRLƏR