"Qalatasaray" Çempionlar Liqasında iştirak etsə bu qədər qazanacaq - MƏBLƏĞ

İDMAN
13:25 11.07.2023
202
"Qalatasaray"ın UEFA Çempionlar Liqasında iştirak edəcəyi təqdirdə qazanacağı məbləğ açıqlanıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Qalatasaray" seçmə mərhələləri keçib qruplarda qalsa 25 milyon avro qazanacaq.

UEFA Çempionlar Liqasında yeni mövsümdə qruplarda yer alacaq hər komanda 15.64 milyon avronu nağd pula qoyacaq. 

UEFA Çempionlar Liqasına ikinci təsnifat mərhələsindən başlayacaq "Qalatasaray" "Zalgiris" - "Struqa" matçının qalibi ilə qarşılaşacaq. Cim-Bom, qruplarda qalmaq üçün bu turdan başqa daha 2 tur keçməlidir. Sarı-qırmızılı komanda bunu bacarsa və qruplarda qala bilsə, 15.64 milyon avroluq iştirak payı almaq hüququ qazanacaq.

Seçmə mərhələdə çempion yolundan gələn və daha yüksək xal toplayan "Dinamo Zaqreb” və "Kopenhagen” turnirlə vidalaşsa, "Qalatasaray” hərəyə bir pay daha (1 milyon 137 min avro) qazana biləcək. Liqa yolundan seçmə mərhələyə daxil olan 10 komanda arasında "Qalatasaray”dan yüksək xalı olan 3 klub var. Bu komandalar "Olimpik Marsel", "PSV" və "Braqa"dır.

"Qalatasaray”dan başqa Türkiyəni Avropada təmsil edəcək digər komandalar "Fənərbaxça”, "Beşiktaş” və "Adana Dəmirspor”dur. Bu komandalar UEFA Avropa Konfrans Liqasının ikinci təsnifat mərhələsindən turnirə qatılacaq və qruplarda qaldıqları təqdirdə 2.94 milyon avroluq iştirak payına sahib olacaqlar. 

Günel
OXŞAR XƏBƏRLƏR