Türkiyə Super Liqasının 29-cu turunda "Qalatasaray" doğma meydanda "Kocaelispor"la 1:1 hesablı heç-heçə edib. AZXEBER.COM xəbər verir ki, bu nəticədən sonra çempionluq yarışında liderlə izləyicilər arasındakı xal fərqi 2-yə enib. Matçda hesabı 30-cu dəqiqədə Leroy Sane açıb. Qonaqlar isə 72-ci dəqiqədə Petkoviçin qolu ilə bərabərliyi təmin edib.