Bakıda “Qalatasaray” klubunun satış mağazasının rəsmi açılışı keçirildi.
AZXEBER.COM-un məlumatına görə, açılışda iştirak edən klubun vitse-prezidentiAbdurrahim Albayrak Bakıda olmaqdan məmnunluğunu dilə gətirib.Klubun baş məşqçisi Fatih Terimin və bəzi futbolçuların Bakıya gəlməməsinin səbəbi barədə danışan Albayrak bildirib ki, həftəsonu “Fənərbaxça” ilə derbi matçı oynanılacağı üçün bu matça ciddi hazırlaşırlar. Buna görə də onlar vaxt edib Bakıya gələ bilməyiblər.Vitse-prezident “GSstore Baku” mağazasının burada çox böyük uğur qazanacağına inandığını da söyləyib.“Dünyanın hansı ölkəsində mağaza açmışıqsa, “Qalatasaray” azarkeşlərinin sevgisi ilə qarşılanmışıq. Buna görə də hər zaman uğur bizim tərəfimizdə olub. İnanıram ki, Bakıda da “Qalatasaray” azarkeşləri bizə hər zaman dəstək göstərəcək”.
Əfsələddin Ağalarov
Fotolar müəllifinfir