“Qalatasaray” - “Fənərbağça” matçı ilə bağlı qərar verildi

İDMAN
09:06 14.02.2025
386
Türkiyə Superliqasının 25-ci turunda keçiriləcək "Qalatasaray" - "Fənərbağça" matçının baş hakimi əcnəbi olacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə ölkənin "Sabah" nəşri məlumat yayıb. Bildirilir ki, Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsi derbi üçün xarici hakim təyinatına müsbət yanaşır. Qərarın yaxın günlərdə rəsmi şəkildə açıqlanacağı gözlənilir.

Məlumata görə, Superliqanın son illərdəki ən önəmli oyunlarından biri hesab edilən İstanbul derbisində obyektiv idarəçiliyin təmin olunması üçün bu addım atılır.

Qeyd edək ki, mövsümün ən kritik oyunlarından biri olan "Qalatasaray" - "Fənərbağça" derbisi fevralın 24-də Bakı vaxtilə saat 21:00-da start götürəcək.
 
Zəfər Hacılı

OXŞAR XƏBƏRLƏR