"Qalatasaray" "Fənərbaxça"nın keçmiş müdafiəçisini icarəyə götürəcək

İDMAN
14:18 14.08.2024
146
"Qalatasaray" vaxtilə "Fənərbaxça"da oynamış, hazırda isə"Bavariya"nın şərəfini qoruyan Kim Min Ceyi yaxından izləyir.

AZXEBER.COM xəbər verir ki, "Sarı-qırmızılar" müdafiəçini 1 illik icarəyə götürmək istəyir.

"Bavariya"dan hələ cavab verilməsə də, Saşa Boey transferindən sonra iki klub arasında uzlaşma olacağı gözlənilir.

Alman klubunda 32 oyunda forma geyinən cənubi koreyalı 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Qeyd edək ki, klub ilə müqaviləsi 2028-ci ildə bitəcək futbolçunun bazar dəyəri 45 milyon avroya bərabərdir.
 
Məryəm

OXŞAR XƏBƏRLƏR