"Qalatasaray" futbolçusunu ərəb klubuna icarəyə verdi

İDMAN
18:32 27.08.2022
306
Türkiyənin "Qalatasaray" klubu futbolçusu Aleksandru Çikıldeunu icarəyə verib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.

Rumıniyalı oyunçu "Əl İttihad” (Kalba) komandasının formasını geyinəcək. Ərəb klubu mövsümün sonunda Çikıldeunu almaq hüququna malikdir.

Qeyd edək kİ, Aleksandru Çikıldeu 2021-ci ilin yayından İstanbul təmsilçisində çıxış edir.
OXŞAR XƏBƏRLƏR