"Qalatasaray” heyətinə yeni futbolçu cəlb etdi

İDMAN
00:04 22.09.2023
259
"Qalatasaray" "Borussia Dortmund”un 17 yaşlı yarımmüdafiəçisi Gökdeniz Gürpüzü heyətinə qatıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Qalatasaray”ın açıqlamasında bildirilib.

Açıqlamada bildirilib:

"25.02.2006-cı il təvəllüdlü peşəkar futbolçu Gökdeniz Gürpüzün transferi ilə bağlı "Borussia Dortmund GmbH & Co.KGaA" klubu ilə razılıq əldə olunub. Buna uyğun olaraq futbolçunun keçmiş klubuna 220 min avro transfer haqqı ödəniləcək. Futbolçu ilə 2025-2026 mövsümünün sonuna qədər qüvvədə olan peşəkar müqavilə imzalanıb”. 

Qeyd edək ki, mərkəzi yarımmüdafiədə çıxış edən Gökdeniz Gürpüz "Borussia Dortmund"un 17 yaşadək futbolçulardan ibarət komandasında 31 matçda 5 qol vurub, 5 məhsuldar ötürmə edib. Daha əvvəl Almaniyanın U16 millisində çıxış edən Gökdeniz ötən mövsüm Türkiyənin U17 komandasını seçib və 9 matçda 2 qol, 4 məhsuldar ötürmə edib.

Gülay
OXŞAR XƏBƏRLƏR