Azarkeşlər arasında məşhurlaşan və ilk dəfə ulduz futbolçu Mauro İkardinin çempionluq şənliyində geyindiyi "Qalatasaray örtüyü"nün, sözügedən futbol klubunun lisenziyası ilə satışına başlanılıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla bağlı klub tərəfindən rəsmi açıqlama verilib.
Beləliklə, bütün "Qalatasaray" azarkeşlərinin səbirsizliklə gözlədiyi örtüyü sayt vasitəsilə əldə etmək mümükün olacaq.
Onun qiyməti ilə bağlı heç bir açıqlama verilməyib.
Aysel