"Qalatasaray" baş məşqçisi Okan Burukla müqaviləni uzadıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşqçi ilə sabah "RAMS Park"da görüş keçiriləcək.
Klubdan verilən açıqlamada, Okan Burukun sabah saat 11:00-da imza atacağı açıqlanıb.
Burukun 2 illik yeni müqavilə imzalayacağı gözlənilir.
Məşqçinin illik qazancının 50 milyon lirə olacağı güman edilir.
Qeyd edək ki, sarı-qırmızılar Okan Burukun rəhbərliyi altında ardıcıl 2 Türkiyə çempionluğu qazanıb.
Mikayıl