"Qalatasaray" "Qarabağ"ın sabiq qapıçısını heyətinə qata bilər

"Qalatasaray" "Qarabağ"ın sabiq qapıçısını heyətinə qata bilər
İDMAN
16:34 17.10.2018
2795
Türkiyənin "Qalatasaray" klubu "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçi heyətinə qata bilər.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bosniya və Herseqovina millisinin də şərəfini qoruyan 30 yaşlı qolkiper hazırkı klubu "Erzurumspor"da maaşını ala bilmir və qış "transfer pəncərəsi"ndə komandanı tərk etmək niyyətindədir. 

Şehiçin komandadan ayırlacağı təqdirdə, "Qalatasaray"ın onun keçidi üçün danışıqlara başlayacağı iddia olunur. İstanbul təmsilçisi bosniyalı oyunçudan ikinci qapıçı kimi yararlanmaq istəyir. 

Qeyd edək ki, 2013-2018-ci illərdə "Qarabağ”ın formasını geyinən İbrahim Şehiç azad agent kimi "Erzurumspor"a keçib.
OXŞAR XƏBƏRLƏR