Bu gün Türkiyə Kubokunun final oyunu keçirilib.
AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, həlledici qarşılaşma "Trabzonspor” və "Qalatasaray” komandaları arasında baş tutub.
Viktor Osimhenin dublu və Barış Alper Yılmazın vurduğu qol sayəsində "sarı-qırmızılılar” matçdan 3:0 hesabı ilə qalib ayrılıblar.
Qeyd edək ki, bu qələbə sayəsində İstanbul təmsilçisi tarixində 19-cu dəfə bu titula sahib olub.