Ötən gün Türkiyə Superkuboku çərçivəsində keçirilən "Qalatasaray" - "Fənərbaxça" oyunu 12 yaşlı azarkeşin ölümünə səbəb olub.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Mersin şəhərinin Bozyazı qəsəbəsində derbi matçını izləyən Ömər Baha Dəniz "Qalatasaray"lı futbolçu Umut Bulutun ilk qolundan sonra infarkt keçirib.
Qoldan dərhal sona eyvana çıxan Dəniz "Qalatasaray"ın şərəfinə pekarda yandırıb. Həmin anda vəziyyəti pisləşən 12 yaşlı "Cim Bom" azarkeşi infarkt keçirərək yerə yıxılıb. Dənizi dərhal yaxınlıqdakı xəstəxanaya aparsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Dənizin iyulun 15-də "facebook" sosial şəbəkəsində "Bu komanda üçün ölərəm..." sözlərini yazması da yaxınlarını kədərə boğub.
Əlavə edək ki, "Qalatasaray" - "Fənərbaxça" oyunu 3:2 hesabı ilə birincilərin xeyrinə başa çatıb.