"Qalatasaray" ulduz futbolçunu transfer edir: Razılıq əldə edildi

İDMAN
15:28 16.08.2023
173
"Çelsi"nin yarımmüdafiəçisi Hakim Ziyeş karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

AzxeberSport xəbər verir ki, London klubu artıq Ziyeşə elçi düşən "Qalatasaray"la razılığa gəlib. Mənbə mərakeşli oyunçunun tibbi müayinədən keçəcəyini və dizində xroniki zədə aşkarlanmayacağı halda, İstanbul nəhəngi ilə müqavilə bağlayacağını açıqlayıb.

Qeyd edək ki, ötən mövsüm "Çelsi" forması ilə bütün turnirlərdə 24 oyuna çıxan 30 yaşlı Hakim 3 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR