'Qalatasaray' universitetində yanğın başlayıb - VİDEO

İDMAN
07:27 23.01.2013
1169
Türkiyə İstanbul şəhərindəki “Qalatasaray” universitetində naməlum səbəblərlə yanğın meydana gəlib. Yerli mətbuatın yaydığı xəbərə görə, universitetin Ortaköy rayonundakı tarixi taxta binasının 3-cü mərtəbəsində başlayan yanğının alovları artıq dama çatıb. Hadisə yerinə cəlb edilən Sarıyer, Beşiktaş, Şişli və Beyoğlu rayonları yanğından mühafizə briqadaları yanğını söndürməklə yanaşı alovların yaxınlıqda olan binalara keçməsinin də qarşısını almağa çalışırlar. Hazırda yanğının söndürülməsi istiqamətində yamnğından mühafizə briqadalarının səyləri davam edir.

OXŞAR XƏBƏRLƏR