'Qalatasaray'a texniki məğlubiyyət verilə bilər

İDMAN
21:13 21.02.2013
1557
"Şalke-04" Çempionlar Liqasının 1/8 final mərhələsində "Qalatasaray"la İstanbuldakı matçın nəticəsi ilə bağlı şikayət edib.AZXEBER.COM-un məlumatına görə, Almaniya klubu qarşılaşmada Didye Droqbanın oynamamalı olduğunu hesab edir.Əgər "Şalke-04"ün etirazı qəbul olunarsa "Qalatasaray"ı 0:3 hesablı texniki məğlubiyyət gözləyir. Qeyd edək ki, FİFA Didye Droqbanın "Şanxay Şenxua" klubundan İstanbul təmsilçisinə transfer olunmasına icazə vermişdi.

OXŞAR XƏBƏRLƏR