"Qalatasaray"da Naqatomo şoku - Xəstəxanada qalacaq

"Qalatasaray"da Naqatomo şoku - Xəstəxanada qalacaq
İDMAN
19:56 25.10.2018
5029
Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Şalke" ilə matçda zədələnən "Qalatasaray"ın futbolçusu Yuto Naqatomonun son durumu müəyyənləşib.
 
Sinəsindən zərbə aldığı üçün məcburi əvəzlənən 32 yaşlı müdafiəçinin ağciyərində problem aşkarlanıb. Onun bir neçə gün xəstəxanada qalacağı bildirilib.

Qeyd edək ki, "Qalatasaray" - "Şalke" görüşü qolsuz bərabərliklə başa çatıb.
 
///Milli.Az
OXŞAR XƏBƏRLƏR