Qalatasaraydan açıqlama: "İstintaq başladıldı"

İDMAN
17:33 05.03.2024
188
Türkiyənin "Qalatasaray" futbol klubu  idman şərhçiləri Adnan Aybaba, Serhat Ulueren və Ahmet Akpınar haqqında cinayət işi açıldığını açıqlayıb. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, sarı-qırmızılı klubdan verilən açıqlamada bu ifadələr yer alıb: 

"Adnan Aybaba, Serhat Ulueren və Ahmet Akpınar adlı şəxslərə klubumuz və menecerləri tərəfindən hüquqi proses başladılıb və prosesin hər mərhələsi tərəfimizdən yaxından izlənəcək. 

İctimaiyyətə xatırlatmaq istərdik ki, əvvəlki kimi klubumuza qarşı ehtiyatsızlıqdan əsassız ittihamlar səsləndirənlərə qarşı heç bir dözümlülük olmayacaq”. 

Oksana

OXŞAR XƏBƏRLƏR