İkardi və Zaha kimi dünya ulduzlarını heyətinə qatan "Qalatasaray” daha bir futbolçunu transfer etmək niyyətindədir.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, sarı-qırmızılılar "Tottenhem"in fransız yarımmüdafiəçisi Tanguy Ndombeleni kluba qatmaq istəyirlər.
Qruplarda qalmaq və UEFA Çempionlar Liqasında uğur qazanmaq üçün iddialı komanda qurmaq istəyən "Qalatasaray" Premyer Liqada çıxış edən fransalı ulduzla maraqlandığı iddia edilib.
Cimbomun bu transferi təxminən 11 milyon funt-sterlinqə başa gələ bilər.
"Tottenhem"in "Lester Siti"dən Ceyms Maddisonu 40 milyon funta transfer etdiyi və bu səbəbdən Ndombelenin komandada əsas heyətə düşmədiyi məlum olub. İngiltərə klubu futbolçunun ayrılmağa icazə verəcəyi bildirilib.
26 yaşlı yarımmüdafiəçi ötən mövsüm "Napoli" forması 40 dəfə meydançaya çıxıb, 2 qol, 1 məhsuldar ötürmə edib və komandası ilə İtaliya A Seriyasında çempionl olub.
Ndombele həmçinin ümumilikdə 7 dəfə Fransa Milli Komandası ilə də oyuna çıxıb.
Mikayıl