"Qalatasaray"dan FİFA-ya şikayət edilib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Rumıniyanın futbol komandası olan FCSB, "Qalatasaray"ın Morutanın transferi üçün bonus ödəmədiyini əsas gətirərək FİFA-ya müraciət edib.
Rumıniya komandası 1 milyon avro mükafatın ödəniləcəyini gözləyir.
Rumıniyalı jurnalist Emanuel Roşunun xəbərinə görə; Qalatasaray Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə Morutan üçün FCSB-yə daha 1 milyon avro bonus ödəyəcək.
"Qalatasaray" isə Çempionlar Liqasının qrup mərhələsindən əvvəl Morutanla yollarını ayırdıqlarını bəyan edib və bu qiymətin ödənilə bilməyəcəyini müdafiə edib.
Günel