"Qalatasaray" növbəti transferini gerçəkləşdirib.
Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.
İstanbul təmsilçisi "Brentford"dan Halil Dervişoğlunu transfer edib.
Türkiyə millisinin 23 yaşlı hücumçusunun transferi üçün 500 min avro ödənilib.
Futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Daha əvvəl iki dəfə icarə əsasında "Qalatasaray"ın formasını geyinən Halil 3-cü dəfə sarı-qırmızılıların heyətinə qatılacaq.
Qeyd edək ki, futbolçu ilə "Beşiktaş" klubu da yaxından maraqlanırdı.