“Qalatasaray”ın Çempionlar Liqasında mümkün rəqibləri məlum oldu

İDMAN
15:31 24.07.2023
176
UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.

AZXEBER.COM xəbər verir ki, Çempionlar yolu və Liqa yolunda raundun potensial cütləri müəyyənləşib.

Türkiyənin turnirdəki təmsilçisi "Qalatasaray” "Jalgiris”i (Litva) keçsə, "Ludoqorets” (Bolqarıstan) - "Olimpiya” (Sloveniya) cütünün qalibi ilə qarşılaşacaq.

Çempionlar Liqası

III təsnifat mərhələsi

Çempionlar yolu

"Rakuv” (Polşa) / "Qarabağ” (Azərbaycan) cütünün qalibi - "Aris” (Kipr) / BATE (Belarus) cütünün qalibi

"Zrinski” (Bosniya və Herseqovina) / "Slovan” (Slovakiya) cütünün qalibi - "Şerif” (Moldova) / "Makkabi” (Hayfa, İsrail) cütünün qalibi

AEK (Yunanıstan) - "Dinamo” (Zaqreb, Xorvatiya) / "Astana” (Qazaxıstan) cütünün qalibi

"Ludoqorets” (Bolqarıstan) / "Olimpiya” (Sloveniya) cütünün qalibi - "Jalgiris” (Litva) / "Qalatasaray” (Türkiyə) cütünün qalibi
"Breydablik” (İslandiya) / "Kopenhagen” (Danimarka) cütünün qalibi - "Sparta” (Praqa, Çexiya)

"Klaksvik” (Farer adaları) / "Hekken” (İsveç) cütünün qalibi - HİK (Finlandiya) / "Molde” (Norveç) cütünün qalibi

Liqa yolu

"Braqa” (Portuqaliya) - TSÇ (Serbiya)

"Reyncers” (Şotlandiya) - "Servett” (İsveçrə) / "Genk” (Belçika) cütünün qalibi

"Dnepr-1” (Ukrayna) / "Panatinaikos” (Yunanıstan) cütünün qalibi - "Marsel” (Fransa)

PSV (Niderland) - "Ştrum” (Avstriya)

Qeyd edək ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları 8-9 avqustda, cavab görüşləri isə 15 avqustda keçiriləcək.
OXŞAR XƏBƏRLƏR