"Qalatasaray"ın Çempionlar Liqasındakı növbəti rəqibi bilindi

İDMAN
11:50 03.08.2023
409
"Qalatasaray"ın Çempionlar Liqasındakı növbəti rəqibi bəlli olub.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasında "Zalgiris"i 1:0 hesabı ilə məğlub edən "Qalatasaray" 2-ci təsnifat mərhələsinə keçib.
 
Sarı-qırmızılı komanda 3-cü təsnifat mərhələsində "Olimpija Ljubljana" ilə qarşılaşacaq.
  
"Qalatasaray" - "Lyubljana" cütünün ilk oyunu avqustun 9-da, ikinci oyunu isə avqustun 15-də keçiriləcək.
 
"Qalatasaray" "Lyublyana"nı mübarizədən kənarlaşdırsa, pley-off mərhələsinə yüksələcək.

"Qalatasaray”ın pley-off mərhələsindəki mümkün rəqibləri də müəyyənləşib.
 
Avqustun 7-də Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

Sarı-qırmızılı komandanın pley-offdakı mümkün rəqibləri;

Antverpen (Belçika)
Slovan Bratislava (Slovakiya) / Maccabi Haifa (İsrail)
Molde (Norveç) / Klaksvik (Farer adaları)
Rakov (Polşa) / Aris Limassol (Cənubi Kipr)
 
Günel
OXŞAR XƏBƏRLƏR