"Qalatasaray"ın futbolçusu İspaniya klubuna keçə bilər

İDMAN
19:43 25.11.2024
271
Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Viktor Nelson karyerasını İspaniyada davam etdirə bilər.

Bu barədə "Todofichajes" nəşri məlumat yayıb.

"Betis" 26 yaşlı müdafiəçini satın almaq şərti ilə icarəyə götürməyi planlaşdırır.

Qeyd edək ki, 2021-ci ildən "Qalatasaray"da çıxış edən V.Nelson iki dəfə Türkiyə Superliqasının qalibi olub.

OXŞAR XƏBƏRLƏR