"Qalatasaray”ın yarımmüdafiəçisi Yunes Belhanda üçün bu dəfə transfer iddiası İspaniyadan gəlib.
AzxeberSport "Mundo Deportivo”ya istinadən xəbər verir ki, 30 yaşlı futbolçu "Sevilya”nın maraq dairəsindədir. La Liqa təmsilçisi Belhandanı yayda heyətinə qatmaq niyyətindədir. Klub nümayəndələrinin futbolçunun agenti ilə təmasa keçəcəkləri bildirilir.
"Sevilya” ilə yanaşı, Səudiyyə Ərəbistanından da oyunçuya maraq var. "Əl Hilal” və "Əl İttihad” klubları yarımmüdafiəçini tranfser edə bilər. Türkiyə çempionu mərakeşli futbolçunun maaşının yüksək olduğu üçün satmağa hazırlaşır. O, "sarı-qırmızılılar"da illik 3,3 milyon avro qazanır.
Qeyd edək ki, Belhanda cari mövsüm "Qalatasaray”da 24 oyun keçirib və 5 qol vurub.