Futbol üzrə Türkiyə millisinin və "Qalatasaray" klubunun sabiq üzvü Ümit Karan həbs olunub.
AZXEBER.COM bu barədə "Haber Global"a istinadən məlumat verir.
Qeyd olunub ki, Ü.Karan 2015-ci ildə baş verən insidentlə bağlı ona verilən 1 il 8 aylıq həbs cəzasının Ali Məhkəmə tərəfindən təsdiq edilməsindən sonra həbsxanaya göndərilib.
Ü.Karan yaşadığı binada çalışan qadına sataşmaqda və cinsi təcavüzdə günahlandırılıb.