İtaliyanın "Torino" klubu "Qalatasaray"da çıxış edən müdafiəçi Anjelinyonu heyətinə qatmaq üçün futbolçunun nümayəndəsi ilə rəsmi danışıqlara başlayıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu mövsüm "Leypsiq"dən icarəyə götürülən, lakin "Qalatasaray"da istədiyinə çata bilməyən Anjelinonun gələcəyi maraq mövzusu olub.
Açıqlamada Anjelinonun "Torino" ilə anlaşacağı təqdirdə Leypsiqin "Qalatasaray"la icarə müqaviləsinə xitam verəcəyi və sarı-qırmızılı kluba icarə haqqına endirim edəcəyi bildirilib.
"Leypsiq" və "Qalatasaray"ın anlaşdığı qeyd edilərkən, iki klubun Anjelinodan bir klubla müqavilə imzalamasını gözlədiyi bildirilib.
Mikayıl