Qalib xalqın qalib lideri!

Qalib xalqın qalib lideri!
SİYASƏT
10:49 24.12.2025
111
Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursuna və dövlətçilik ideyalarına sadiq olan Prezident İlham Əliyev ölkəmizi yeni keyfiyyət mərhələsinə və davamlı yüksəliş xəttinə çıxarıb.
 
Milli maraqları hər şeydən üstün tutan dövlət başçımız qısa zaman ərzində doğma Azərbaycanımızı regionun lider dövlətinə çevirməklə respublikamızın qlobal arenadakı nüfuzunu əhəmiyyətli dərəcədə artırmağı bacarıb.

2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlara qarşı Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə şanlı Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun şücaəti nəticəsində torpaqlarımız işğaldan azad olundu. Qazanılan möhtəşəm tarixi Zəfər Prezident İlham Əliyevin Ali Baş Komandan kimi uzaqgörən, qətiyyətli və milli maraqlara əsaslanan siyasətinin təntənəsi oldu. Bu Zəfər həm hərbi uğur, həm də siyasi və mənəvi baxımdan Azərbaycanın tarixində yeni bir mərhələnin başlanğıcı kimi tarixləşdi. Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan dövlətinin güclü iradəsini, xalqın birlik və həmrəyliyini, Azərbaycan Ordusunun peşəkarlıq səviyyəsini təsdiqlədi.

Bu gün Azərbaycan regionda güclü, müstəqil və söz sahibi olan dövlətdir. Bu gücün arxasında Prezident İlham Əliyevin uzaqgörən siyasəti, prinsipial mövqeyi dayanır. Qalib lider müharibədə qazanılmış qələbəni davamlı inkişafa, sabitliyə və firavan gələcəyə çevirmək məqsədilə qətiyyətli addımlar atır.
 
Nəzmi Musayev
Göygöl RMX PHŞ Reanimasiya şöbəsinin müdiri 

OXŞAR XƏBƏRLƏR