Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub

Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
DÜNYA
23:20 24.04.2026
709
İran İslam Şurası Məclisinin Media və İctimaiyyətlə Əlaqələr Mərkəzi Məhəmməd Baqir Qalibafın istefası ilə bağlı yayılan xəbərləri təkzib edib.

Qurumun yaydığı açıqlamada bildirilib ki, Qalibaf heç bir vəzifəsindən istefa verməyib.

Açıqlamada qeyd olunub ki, yeni danışıqlar mərhələsi müəyyən edilməyib ki, həmin prosesdə onun və ya başqa bir şəxsin İran nümayəndə heyətinə rəhbərlik edib-etməyəcəyi müzakirə olunsun. Bildirilib ki, yayılan şayiələr ictimai rəyi çaşdırmağa yönəlib və Qalibaf hazırda fəaliyyətini ciddi şəkildə davam etdirir.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə və bəzi media qurumlarında Qalibafın istefa verəcəyi ilə bağlı iddialar yayılmışdı.

/APA
OXŞAR XƏBƏRLƏR