"Prodüser var ki, aparıcılıq edir. Deyəndə də bildirir ki, əsas işi başqadır, aparıcılıq isə onun hobbisidir. O halda, həmin şəxs aparıcılığı gedib öz evində etsin".
AZXEBER.COM xəbər verir ki, bunu APA TV-nın "Söz arasında" verilişində müğənni Aydın Sani deyib.
Müğənni aparıcıları sərt tənqid edib:
"Prodüser var ki, aparıcılıq edir. Bunu bacarırsan, lap yaxşı. Amma bu sənin işin deyil. Və ya bir fakultəni bitirmisən, amma tamam başqa bir sahədə çalışırsan. Deyəndə də bildirir ki, əsas işi başqadır, aparıcılıq isə onun hobbisidir. O halda, həmin şəxs aparıcılığı gedib öz evində etsin. Sən milyonların qarşısına keçib beynindəki yarı iyrənc, yarı şou tipli fantaziyaları bizə yedirmək istəyirsən.
Bu mövzu dağılıb-tökülən bir otağa bənzəyir. Bilmirsən ki, harasından tutub yığışdırmağa başlayasan. Qalmaqal etməyərək arxa planda qalan sənətçilər həyasına uduzmuş adamlardır".
Aysel










































