“Qan Donorları Assosiasiyasının” sədri Fuad Əsgərov Gürcüstan Baş Nazirinin köməkçisi Savalan Mirzəyev tərəfindən "Gürcüstan Gənclərinin Dostu" mükafatı ilə təltif olunub.
AZXEBER.COM-un məlumatına görə, “Qan Donorları Assosiasiyası” İctimai Birliyi və “İRƏLİ” İdman Mərkəzinin birgə təşkilatçılığı ilə 10-15 fevral tarixlərində Gürcüstanın Bakuriyani şəhərində gənclər üçün “Alfa Ekstrim–Bakuriyani” Düşərgəsi keçirilib. Layihə çərçivəsində iştirakçılar 11 fevral tarixində Bakuriyani şəhərində turistikməkanları gəziblər.
İştirakçılar Playground scooter yarış meydançasıyla tanış olublar. Həmçinin yarışmalara ilkin hazırlıqlarını keçiriblər. İştirakçılara yarış haqda məlumat verilib və daha sonra iştirakçılar komandalara bölünərək məşğələlərə başlayıblar. Həmçinin gənclər xizək arenayla tanış olublar. Layihə çərçivəsində iştirakçılar 13 fevral tarixində Marneuli Gənclər Mərkəzi ilə tanış olublar.
Görüşdə iştirakçılarla yanaşı, Gürcüstan Baş Nazirinin köməkçisiSavalan Mirzəyev, Marneuli Gənclər Mərkəzinin layihə rəhbəriEmin Əhmədov, "İRƏLİ" İctimai Birliyinin Korporativ əlaqələr üzrə katibiNiyaz Əliyevvə "Qan Donorları Assosiasiyası"nın rəhbəriFuad Əsgərovdaiştirak edib.
İştirakçılar SOCAR-ın dəstəyi ilə Marneuli Gənclər Mərkəzinin keçirdiyi layihələr və həmçinin mərkəzdə keçirilən kurslarla yaxından tanış olublar.
Görüş zamanı Gürcüstan Baş Nazirinin köməkçisi Savalan Mirzəyev tərəfindən “Qan Donorları Assosiasiyasının” sədri Fuad Əsgərov "Gürcüstan Gənclərinin Dostu" mükafatı ilə təltif olunub.
Müzakirə zamanı Niyaz Əliyev tərəfindən təklif edilən yeni Alfa-Batumi layihəsi Marneuli Gənclər Mərkəzi tərəfindən bəyənilib və bu layihənin dəstəklənəcəyi bildirilib.
Gənc qan xeyriyyəçiləri fevral ayının 14 də “Marneuli Gənclər Mərkəzi” SOCAR-ın dəstəyi ilə Tea House-da “Gənclərin İnkişaf Akademiyası” layihəsinin təqdimat mərasimində də yaxından iştirak etmişdirlər. Görüşdə BMT-nin “Qadınlar assosiasiyası”nın hüquqşunasları, Muradxan Hüseynov və Tsismari Andriaşvilidə qatılmışdır.
Görüş zamanı SOCAR-ın maliyyə dəstəyi , “Qan Donorları Assosiasiyası” və Marneuli Gənclər Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Gənc Liderlər Forumu”nun hesabat xarakterli hazırlanmış qısa metrajlı filminin təqdimatı iştirakçılara nümaiş etdirilmişdir.
![](/file/pic/xeber/2014-02-17/72855.jpg)
![](/file/pic/xeber/2014-02-17/72861.jpg)
![](/file/pic/xeber/2014-02-17/72865.jpg)
![](/file/pic/xeber/2014-02-17/72867.jpg)
![](/file/pic/xeber/2014-02-17/72869.jpg)
![](/file/pic/xeber/2014-02-17/72876.jpg)
![](/file/pic/xeber/2014-02-17/72877.jpg)
![](/file/pic/xeber/2014-02-17/72880.jpg)
![](/file/pic/xeber/2014-02-17/72884.jpg)
![](/file/pic/xeber/2014-02-17/72886.jpg)
![](/file/pic/xeber/2014-02-17/72888.jpg)
![](/file/pic/xeber/2014-02-17/72891.jpg)
![](/file/pic/xeber/2014-02-17/72893.jpg)
![](/file/pic/xeber/2014-02-17/72894.jpg)
![](/file/pic/xeber/2014-02-17/72895.jpg)
![](/file/pic/xeber/2014-02-17/72896.jpg)
![](/file/pic/xeber/2014-02-17/72897.jpg)
![](/file/pic/xeber/2014-02-17/72898.jpg)
![](/file/pic/xeber/2014-02-17/72899.jpg)