“Qan tökmək istəmədiyimizdən, düşünsünlər deyə hələlik onlara vaxt vermişik” -Deputat

“Qan tökmək istəmədiyimizdən, düşünsünlər deyə hələlik onlara vaxt vermişik” -Deputat
Siyasət
15:03 31.05.2023
266
Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib. Ölkə başçısı Laçındakı çıxışında bir sıra mühüm məqamlara toxunub: "Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı lazım olan yerə göndərmişik".

İlham Əliyevin Laçından verdiyi mühüm mesajları Milli Məclisin deputatı Sahib Aliyev AZXEBER.COM-a şərh edib. 

Sahib Aliyev bildirir ki, Müzəffər Ali Baş Komandanımızın Laçındakı xəbərdarlığından da göründüyü kimi biz öz torpaqlarımız üzərində suverenliyimizi tam təmin etmənin sonuncu mərhələsindəyik:

"Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin  xəbərdarlığından gəldiyim nəticə bundan ibarətdir ki, Qarabağdakı separatçı ünsürlərə cəmisi bir neçə ay vaxt verilir, ya Azərbaycan dövlətinə boyun əyəcək, ya rədd olub gedəcəklər. Əlində silah müqavimət göstərənlər isə zərərsizləşdiriləcəklər.  Bu xəbərdarlığın hərbçilər qarşısında deyil də, evlərinə dönən laçınlı bacı və qardaşlarımızla söhbət formatında edilməsini isə Qarabağdakı haydillilər də, onlara geosiyasi alət gözündə baxanlar da böyük lütf saymalıdırlar. Hər şey anidən də ola bilərdi, amma Azərbaycan qan tökmək istəmir, düşünmək üçün vaxt verir ki, onun da bitməsinə artıq sayılı həftələr qalır”.

Sahib Aliyev yaxın zamanlarda Xankəndində Azərbaycan bayrağının dalğalancağı ilə bağlı da eyni dərəcədə nikbin olduğunu söyləyir:

"Qarabağdakı separatçı ünsürlər Azərbaycan dövlətinə boyun əyməli, uydurma vəzifələrini tərk etməli, saxta parlamentlərini buraxmalıdırlar. Qarabağda vəziyyəti gərginləşdirməyə cəhd edən Ermənistan rəhbərliyi cənab İlham Əliyevin ədalətli delimitasiya, Laçından görünən kəndlər haqda dediklərini unutmamalıdırlar”,- deyə Sahib Aliyev vurğulayıb.

Şəbnəm Zahir
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
Ramiz Rövşənin səhhətində problem yarandı
16:30 26.08.2025
Ramiz Rövşənin səhhətində problem yarandı
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
16:12 26.08.2025
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
Prezident ailəsinin yeni - FOTOSU
16:10 26.08.2025
Prezident ailəsinin yeni - FOTOSU
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
16:06 26.08.2025
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
15:52 26.08.2025
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
15:33 26.08.2025
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
15:24 26.08.2025
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
15:12 26.08.2025
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
15:01 26.08.2025
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü
15:00 26.08.2025
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü
Adnan Oktarın "kediciy"i soyadını dəyişdirdi - Müəllim oldu
14:57 26.08.2025
Adnan Oktarın "kediciy"i soyadını dəyişdirdi - Müəllim oldu
Tibb sahəsində ilk - 39 yaşlı beyin ölümü keçirən kişiyə donuz ağciyəri nəql edildi
14:47 26.08.2025
Tibb sahəsində ilk - 39 yaşlı beyin ölümü keçirən kişiyə donuz ağciyəri nəql edildi