Kişilərdə rast gəlinən şişləri nanorobotlardan istifadə etməklə 90 faiz azaltmaq olar.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, alimlər yeni texnologiyanı siçanlar üzərində uğurla sınaqdan keçiriblər.
Sidik kisəsi xərçəngi kişilərdə ən çox rast gəlinən xərçəng növlərindən biridir və ölüm nisbəti aşağı olsa da, demək olar ki, bütün şişlər beş il ərzində geri qayıdır.
Barselonadakı elm adamları şiş böyüməsini müalicə edən 450 nanometr ölçüsündə kiçik robotlar hazırladılar.
Qan dövranı ilə hərəkət edən nanorobotlar sidik kisəsindəki xərçəng şişlərini 90 faiz azalda bilər.
Ayşən