Qan xərçəngi olan rejissordan - Şad xəbər

Qan xərçəngi olan rejissordan - Şad xəbər
SOSİAL
17:19 26.10.2016
5427
Qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadənin müəllicəsinin birinci kursu başa çatıb.Bu barədə rejissorun xanımı Səbinə Zəkizadə məlumat verib:

" Bir neçə gün bundan öncə sizdən dua etməyinizi istədim. Dualarınız, dəstəyiniz üçün çox sağ olun. Allah hər şeyi ürəyinizə görə versin.Yoldaşımın bildiyiniz kimi birinci kurs müalicəsi bitdi. Analiz alındı və çox gözəl, sevindirici xəbərlər çıxdı. Bu cavab xəstəliyə bir addım da olsa, qalib gəlməkdi. Şahinin xəstəliyi remesiyaya düşdü. Bilməyənlərə qısa məlumat verim ki, qan xərçəngi xəstəliyi, sümük iliyinə işləyən xəstəlikdir. Allahımıza şükür olsun ki, müalicə edildi və sümük iliyi təmiz çıxdı. Tək qanda qaldı. Allahın izni ilə, ikinci kurs müalicəsində də birdəfəlik təmizlənəcək. Ailəmiz adından Heydər Əliyev Fonduna minnətdarlığımızı bildiririk. Bu ikinci kurs müalicə daha da ağrılı olacaq. Amma, qarşıda işıqlı gün olacağına görə, bu çətin yolu keçməliyik. Hər kəsə təşəkkür edirəm. İlginiz üçün, dualarınız üçün...”.
 

///big.az
OXŞAR XƏBƏRLƏR