İspaniyanın "Atletik" klubunun forvardı İnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub.
32 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
İdmançı millini təmsil etməkdən böyük qürur duyduğunu bildirib və bu müddətdə ona dəstək olan hər kəsə minnətdarlığını ifadə edib.
İ.Uilyams 2022-ci ildən Qana seçməsində çıxış edib. O, bu komandanın heyətində 28 matçda meydana çıxıb və 2 qol vurub. Təcrübəli oyunçu 2022 və 2026-cı illərdəki dünya çempionatlarında, həmçinin 2024-cü il Afrika Millətlər Kubokunda iştirak edib. Əvvəllər İspaniya yığmasında 1 oyun keçirən futbolçu sonradan vətəndaşlığını dəyişib.
Onun kiçik qardaşı Niko Uilyams isə İspaniya seçməsinin şərəfini qoruyur.
///report///











































