Qanada quş qripi yayılıb

Qanada quş qripi yayılıb
DÜNYA
21:06 17.07.2021
1254
Qananın üç bölgəsində quş qripi yayılıb və nəticədə kənd təsərrüfatlarındakı 600 minədək quşa təhlükə yaradıb.

AZXEBER.COM "Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı və Ərzaq Təchizatı Nazirliyinin Baytarlıq xidmətinin rəhbəri Patrik Abake məlumat verib.

O, epidemiya nəticəsində indiyədək 6 minə yaxın quşun tələf olduğunu, daha 4,5 min quşun da qabaqlayıcı tədbirlər çərçivəsində məhv edildiyini diqqətə çatdırıb.

Nazirlik rəsmisi həmçinin epidemiyanın yayıldığı bölgələr daxilində ev quşlarının daşınmasına qadağa qoyduqlarını, Nigeriya və Toqodan quş idxalını dayandırdıqlarını da vurğulayıb.
OXŞAR XƏBƏRLƏR