Hadisə ABŞ Orlanda ştatında baş verib
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçən həftə evlənən cütlük bal ayı üçün ABŞ-a gedib. Osman Nuri Darcan və Kıvılcım Nuri Darcan öncə Miami, daha sonra isə Orlandaya səyahət ediblər. Gecə 01:45 radələrində taksindən enib qaldığı otelə gedən cütlük xoşagəlməz hadisə ilə rastlaşıb.
Başqa maşından düşən bir nəfər Kıvılcımın çantasını oğurlamaq istəyib. Osman Darcan hadisəyə müdaxilə edincə ona atəş açılıb. Çoxsaylı güllə yarası alan Osman Nuri Darcan hadisə yerində həyatını itirib.